Bərdə rayonunda avtomobil qadını vuraraq öldürüb. Bu barədə 15 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 14-ü Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Mirzəbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Orucov Orxan Cəmiyyət oğlu idarə etdiyi “VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1938-ci il təvəllüdlü Zeynalova Gülarə Həsən qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.