Bərdə rayonunun Əyricə kəndində ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları yanıb.
Bu barədə noyabrın 15-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.