Bərdə rayonunda ermənilərin yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib. Bu barədə noyabrın 17-də Trend xəbər yayıb.
Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kiloqram 100 qram çəkisi, 50 santimetr boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.
Körpənin və ananın vəziyyəti yaxşıdır.