Bərdə şəhəri ərazisində avtomobil piyadanı vurub. Bu barədə dekabrın 3-də APA xəbər yayıb.
Şəhər sakini E.Nuriyev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən həmyerlisi Roza Gülməmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.