Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Bu barədə 30 dekabr tarixində Report məlumat verir.
Hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb.
Belə ki, Körpüqıran kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.