Bərdədə dörd nəfər qazdan zəhərlənib. Bu barədə dekabrın 6-da APA məlumat yayıb.
Belə ki, Səttarxan küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Günel Qədirova, övladı, 2005-ci il təvəllüdlü Güllü Zeynalova, gəlinləri, 1991-ci il təvəllüdlü Sevinc Qədirova və onun övladı, 2011-ci il təvəllüdlü Leyla Qədirli dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda vəziyyətləri normaldır.
Araşdırma aparılır.