Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 27 dekabr tarixində məlumat verir.
Bərdə şəhərində ümumi sahəsi 1122 kv.m (hər mərtəbəsi 561 kv.m, bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 kv.m sahədə və dam örtüyü 361 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.