Bərdədə mənzildə meyit tapılıb. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.