Bərdədə qadına qarşı bıçaqla hücum edilib. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.
Belə ki, noyabrın 13-ü naməlum şəxs bir qadına hücum edərək çantasını ələ keçirməyə cəhd göstərib, müqavimətlə üzləşdikdə isə bıçaqla ona xəsarət yetirib.
Şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.