Azərbaycanın Baş naziri Əli Əsədov sabah Gürcüstana səfər edəcək. Bu barədə APA məlumat verib.
Baş nazir Tbilisiyə səfəri çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.
Əli Əsədovun Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın IX iclasında iştirak edəcəyi bildirilib.