Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb. Bu barədə 17 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 5-də Qax rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb. Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.