Bayram günlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Bu barədə 19 mart tarixində Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Martın 20-də havanın arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu gecə və gündüz müsbət 2-5° olacaq.
Martın 21-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Temperatur isə gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.
Mart ayının 22-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə müsbət 2-4° arasında dəyişəcək, gündüz 6°-dək isti olacaq.
23 mart tarixində havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Temperatur isə gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.