Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5°, gündüz 6-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacaq.