Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 15-17° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 19-23°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.