Bakıda və Abşeron yarımadasında noyabrın 27-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 13-17°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.