Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində yol qəzası piyadanın ölümü ilə nəticələnib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 24 dekabr tarixində xəbər verir.
Dekabrın 23-də saat 11:00 radələrində Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.