Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə martın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.