Bu gün, martın 30-da Biləsuvarda 38 yaşlı kişi intihar edib. Bu barədə Report məlumat yayıb.
Hadisə Xırmandalı kəndində baş verib. Belə ki, həmin kənd sakini Ziya Ağayev yaşadığı mənzilin zirzəmisində özünü asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb. İntiharın səbəbləri dəqiqləşdirilir.
Z.Ağayev ailəli olub, 3 övladı var idi.
Faktla bağlı araşdırma aparılır.