Biləsuvarda kütləvi dava nəticəsində 2 nəfər xəstəxanalıq olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Rayonun Xırmandalı kəndində marketlərin birinin yaxınlığında hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava zamanı iki nəfər Bakı şəhər sakini - 39 yaşlı V. Məmmədov və 60 yaşlı K. Haqverdiyev müxtəlif bədən xəsarətləri alıblar.
Onlar rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.