Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Bu barədə Report 12 dekabr tarixində məlumat verib.
Rayon sakinləri bildiriblər ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.
Rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var. Onlardan birində yanacaq bitdiyindən digər məntəqədə uzun növbə yaranıb.
Dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazıməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.