Biləsuvar rayonunda traktor 3 min abonenti qazsız qoyub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 yanvar tarixində xəbər verir.
Rayonun Xırmandalı kəndi ərazisindən keçən daşıyıcı qaz kəməri vətəndaş tərəfindən traktorla aparılan qazıntı zamanı zədələnib. Nəticədə rayonun Biləsuvar şəhərində 3 min abonentinə, Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin isə əksər hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib ki, zədələnən daşıyıcı qaz xəttinin təmiri bu gün günorta saatlarında başa çatdırılacaq.