Dekabrın 8-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kişi meyiti tapılıb. Bu barədə Baş Prokurorluqdan bildirilib.
Meyitin kənd sakini, 1982-ci il təvəllüdlü Mehtun Qarayevə məxsus olduğu müəyyən edilib.
Aparılmış araşdırmalarla məlum olub ki, zərərçəkmişi həmkəndlisi Cavad Kazımov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.