Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.