Biləsuvar rayonunda 26 yaşlı qadın intihar edib. Bu barədə 10 yanvar tarixində Report məlumat verib.
Hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü M. Bünyatova qarışqa dərmanı içib.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.