Biləsuvarın Ağayrı kəndində iki nəfər dəm qazından zəhərlənib. Bu barədə İnsanoid noyabrın 22-də APA-ya istinadən məlumat verir.
Eyni evdə yaşayan 1962-ci il təvəllüdlü Əflat Tahirov və 1975-ci il təvəllüdlü Elmira Tahirova dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.