Biləsuvar rayonunda 3 gün təbii qazın verilişi müvəqqəti dayandırılacaq. Bu barədə 10 dekabr tarixində Report məlumat verib.
Səbəb isə əhaliyə qazın fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinin aparılmasıdır.
Fasilə 13-15 dekabr tarixlərində yaranacaq.