Biləsuvarda yol qəzası baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Dekabrın 17-də saat 16 radələrində Biləsuvar rayonunun Aranlı kəndi ərazisində A.Əliyevin idarə etdiyi “İj Planet” markalı motosikletlə N.Əsədlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən motosikletçi ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.