Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən külli miqdarda pul oğurlanıb. Bu haqda noyabrın 29-da DİN-dən bildirilib.
Belə ki, 19 min avro, 4 950 funt sterlinq və 4 800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.