Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 176 ölkədən 1 323 200 nəfər gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Gələnlərin əksəriyyəti Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Gürcüstan, Hindistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Ukrayna, İsrail, Özbəkistan, Küveyt, Oman, Belarus vətəndaşları olub.
Gələnlərin 74,6 %-ni kişilər, 25,4 %-ni qadınlar təşkil ediblər.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə ötən ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 1 215 500 min nəfər olub.