Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə noyabrın 15-də Baş Prokurorluqdan məlumat verilib.
Qanunsuz ağackəsmə faktları Saatlı, Tovuz və Lerik rayonlarının ərazilərində qeydə alınıb.
Ümumilikdə 142 ağac və kolun kəsilməsi nəticəsində ekosistemə 12 min manatdan çox ziyan dəyməsi müəyyən edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin “qanunsuz ağac kəsmə” maddəsi ilə cinayət işləri açılıb.