Martın 29-da səhər saatlarında 15 nəfərə yaxın Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub. Bu haqda Report məlumat paylaşıb.
Almaniyada qanunsuz yaşayan və sığınacaq istəkləri rədd edilən Azərbaycan vətəndaşları Münhen şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətiriliblər, daha sonra isə təyyarəyə mindiriliblər.
Deportasiya olunan şəxslərin çoxunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə sığınacaq üçün müraciətləri 2016-2019-cu illər ərzində dəfələrlə rədd edilib.
Bu, vətəndaşlarımızın cari ildə Almaniyadan ikinci kütləvi deportasiyasıdır.