Qırğızıstandakı Azərbaycan diasporu Bişkəkdə tədbir keçirib, o cümlədən Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş fotosərgi təşkil edib. Bu barədə 15 noyabr tarixində AZfront Telegram kanalı məlumat verib.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan əsgərlərinin şücaəti sayəsində otuz illik işğaldan sonra torpaqlarımız azad edilib. Bu torpaqlar haqq olaraq bizə məxsusdur və Allah tərəfindən verilmişdir”, - bunu tədbirdə iştirak edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib.
[gallery columns="2" link="file" size="full" ids="94315,94317"]