Dekabrın 12-dən 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) və 125 nömrəli (Lökbatan-“28 May” metro stansiyası) müntəzəm marşrut xətləri üzrə hərəkət sxemi dəyişdirilir. Bu barədə 10 dekabr tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
"Sərnişinlərin Lökbatan qəsəbəsi -“20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq", - məlumatda deyilir.
"125 nömrəli marşrut xətti üzrə avtobusların yeni sxemə əsasən, Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək.
"Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq", - Agentlik qeyd edir.
[gallery columns="1" link="file" size="full" ids="97449"]