İyulun 1-i saat 13:00-a olan məlumata əsasən, Astara, Biləsuvar, Neftçala, Beyləqan, Zərdab, Göyçay, Yevlax, Şahdağ, Qrız, Xaltan, Cəfərxan, Sabirabad, Qobustan, Quba, Şamaxı, İsmayıllı, Naxçıvan, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağışlar yağıb.
Bu barədə 1 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.