Bu gün, martın 25-də futbol üzrə Azərbaycan milli komandası cari ildə ilk oyununu keçirəcək. Rəqib Malta yığması olacaq.
Yoldaşlıq oyunu Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Qeyd edək ki, bu oyun iki komanda arasında oynanılacaq 9-cu qarşılaşma olacaq. Ötən oyunlarda yığmamız 2 dəfə qalib gəlib, 3 dəfə uduzub, 3 dəfə isə heç-heçə qeydə alınıb.