Bu gün Şəki, Qəbələ, Quba, Şabran, Ağcabədi, Bərdə, Tovuz, Şəmkir rayonlarında 26 hektar sahədə 25 000 ting əkilib, 900 kiloqram toxum səpilib.
Bu barədə 14 noyabr tarixində APA Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyevə istinadən məlumat verib.
"Meşəbərpa tədbirlərinin dekabr ayının sonuna kimi davam etdirilməsi planlaşdırılır", - o deyib.