Bu il ərzində ən çox turist qəbul edən milli parkların adları açıqlanıb.
İlk üçlükdə olan Göygöl, Şahdağ və Abşeron milli parklarıdır. Bu barədə 30 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib.
“Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub”, - məlumatda bildirilib.
[gallery link="file" size="full" ids="99835,99830,99832"]