Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 555,1 kiloqram qızıl, 5 572 kiloqram gümüş istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qızıl istehsalı ötən ilin yanvar-oktyabr aylarının göstəricisindən 11,2 % az, gümüş istehsalı 40,8 % çox olub.
Bu ilin noyabrın 1-nə 339 kiloqram qızıl, 438,7 kiloqram gümüş ehtiyatı yaranıb.