Bu ilin əvvəlində SOCAR-ın daxili vəsaiti hesabına 2022-ci il üçün 114 kənd və yaşayış massivinin qazlaşdırılması proqrama salınıb.
Bunu Qafqazinfo-ya “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev cari ildə həyata keçirilmiş yeni qazlaşdırılma işləri haqqında danışarkən deyib.
O bildirib ki, bu proqram üzrə artıq 63 kənd və yaşayış massivi qazlaşdırılıb. Digər 51 kənd və yaşayış massivində qazlaşma işləri davam etdirilir.