2022-ci ilin əvvəlindən Azərbaycanın əsas Hava Limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Bu barədə 9 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat verib.
Cari ilin noyabr ayında Bakı Hava Limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin aviaşirkəti və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.
2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin AZAL və “Buta Airways” ilə yanaşı, “Türkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri tərəfindən daşınıb.