top
Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında meşə-parkların salınmasına başlanılıb
24 dekabr 2022, 10:28
- ↺ +

Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında meşə-parkların salınmasına başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İşğaldan azad edilmiş ərazilərdə meşə-parklar salınır. Bu barədə Report 24 dekabr tarixində məlumat verib.

"Türkiyə ilə birlikdə Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb".

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək.

Nazir söyləyib ki, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

O, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin, su bioresurslarının və təbiət abidələrinin bərpası istiqamətində də görülən tədbirlərdən danışıb:

"IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə birgə bəzi heyvan növlərinin, ilkin mərhələdə ceyran və bezoar keçisinin öz tarixi areallarına reintroduksiyası layihələrinə başlanılıb, cari ildə artıq Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
07 noyabr 2026, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
07 noyabr 2026, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
07 noyabr 2026, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
07 noyabr 2026, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
07 noyabr 2026, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Oxşar xəbərlər