Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Bu barədə səfir Twitter hesabında paylaşım edib.
“Yenidən qurulmasına və inkişaf etməsinə şahid olmaq üçün bu gün azad Qarabağdayıq”, - deyə Bağcı bildirib.
Diplomat digər paylaşımında isə deyib: “Azad Qarabağ: Zəfərdən Böyük Qayıdış və Dirçəlişə”.
Azad Qarabağ’da
Zəfərdən Böyük Qayıdış və Dirçəlişə pic.twitter.com/i3NFOsqgyW
— Cahit Bağcı (@cahitbagci) December 10, 2022