Cəlilabadda saxlanılan 3 nəfərdən 7 kiloqramdan artıq narkotik aşkarlanıb. Bu haqda dekabrın 5-də DİN-dən bildirilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Amid Əsgərov və Orxan Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqram 885 qram marixuana, 1 kiloqram 935 qram tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elnur Məmmədov Cəlilabad rayonu ərazisində saxlanılıb. Ondan 1 kiloqram 260 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.