Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə noyabrın 17-də qurumdan məlumat verilib.
Görüşdə Azərbaycan-Aİ əlaqələrinin inkişafı və əməkdaşlığı müzakirə edilib. Aİ tərəfindən ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayrılması vurğulanıb.
Nazir, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması barədə məlumat verib.
Digər səylərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib.