"Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: "Eyni zamanda ötən iki gün ərzində biz manipulyasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.