top
Ceyhun Bayramov Cozef Borellə telefonla danışıb
23 dekabr 2022, 01:21
- ↺ +

Ceyhun Bayramov Cozef Borellə telefonla danışıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə telefon danışığı baş tutub. Bu barədə İnsanoid Azərbaycan XİN-ə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.

Telefon danışığı zamanı bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib.

Nazir Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlər, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə halları olduğunu bildirib. Bu xüsusda Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyəti vurğulanıb.

C.Bayramov, həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb.

Ali nümayəndə Cozef Borel bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
07 noyabr 2026, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
07 noyabr 2026, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
07 noyabr 2026, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
07 noyabr 2026, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
07 noyabr 2026, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Oxşar xəbərlər