Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə havanın çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.