Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Rayonlarda hava yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.