Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda qurumdan məlumat verilib.
Qəbul saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüşə peyvənd, immunitet və COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatları olan vətəndaşlar qatıla bilərlər.