Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Dağıstanda - Mahaçqaladan 82 kilometr cənub-cənub qərbdə zəlzələ qeydə alınıb. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
Maqnitudası 5,7 olan zəlzələ 5 kilometr dərinlikdə qeydə alınıb.
***
11:03
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.